Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikola Yurçeviç: “Mahir Emreli Xorvatiyada səbirli olmalıdır” 

Məlum olduğu kimi, Azərbaycan millisinin futbolçusu Mahir Emreli bundan sonra Avropanın reytinqinə görə 17-ci çempionatı olan Xorvatiyada çıxış edəcək. Emreli Xorvatiyanın ən köklü klubu, dəyişməz çempionu olan Zaqreb “Dinamo”suna transfer olunub.

Artıq Xorvatiyada bu transfer ciddi müzakirə olunur, “Dinamo”nun sabiq futbolçularından, millimizin sabiq xorvat məşqçilərindən fikir öyrənilir.

Oxu.Az millimizin sabiq baş məşqçisi (2019), “Dinamo”un sabiq futbolçusu (1984-1986) və iki dəfə həmin klubun çalışdırıcısı (2003-2004, 2018) olmuş Nikola Yurçeviçdən müsahibə alıb:

- Sizin də yetirməniz olmuş Mahir Emreli “Dinamo”ya transfer oldu. Bu barədə fikirlərinizi eşidək…

– “Dinamo” böyük klubdur. Bu klubda əvvəl “Real”ın oyunçusu Luka Modriç, “Çelsi”nin futbolçusu Mateo Kovaçiç, sabiq “Liverpul”lu Deyan Lovren, keçmiş “Bayern”li Mario Mancukiç və çoxlu məşhur futbolçular oynayıb. Düşünürəm ki, “Dinamo”ya keçid Mahirin karyerasında böyük addımdır. Bu onun daha yaxşı futbolçu olması üçün böyük bir şansdır. O, hücum mövqeyində oynaya bilər. Mən Mahirə inanıram.

- “Dinamo” adətən hansı taktiki sxemlə oynayır?

- Əvvəl 4-2-3-1 taktiki sxemi ilə oynayırdılar. Ancaq dekabrdan yeni baş məşqçi Jelko Kopiç təyin olundu və oyun üslubunda dəyişiklik oldu. İndi komanda 3-5-2 taktikasına üstünlük verir.

- Deməli, biz Mahiri daha çox mərkəz hücumçusu mövqeyində görə bilərik…

- Bəli, o, ikinci forvard kimi çıxış edə bilər. Ancaq ola bilsin ki, baş məşqçi onu cinah yarımmüdafiəçisi kimi də sınasın.

- Mahir heyətdə xorvat olmayan yeganə hücumçudur. Komandada Mahirdən başqa 6 hücumçu var. Komnen Andriç, Bruno Petkoviç, Deni Yuriç, Dario Şpikiç, Duje Çop, Mislav Orşiç kimi hücumçuların fonunda Mahirin rəqabətdən çıxması necə görünür?

- Düzdür, rəqabət böyükdür. Ancaq “Dinamo” həm avrokubokda, həm də çempionatda çıxış edir. Ona görə də onun oynamaq şansı var. Ancaq əsas məsələ odur ki, səbirli olmalıdır. Çünki ilk aylar onun üçün çətin ola bilər, həmin müddət onun uyğunlaşması üçün mütləqdir. Həmçinin yayda “Dinamo”nun bu hücumçulardan bəzilərini satacağı və ya icarəyə verəcəyi dəqiqdir. Mahir “Dinamo”nun gələcəyi üçün mühüm oyunçu ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib

Afət Fərmanqızının oğlunun toyundan görüntülər

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay